2-Ədl
Gerçəkliyi xəlq edən Allah adildir. Bütün insanların haqqını özünə verir və heç kimin haqqını tapdamır. Səbəbsiz olaraq bəndələri arasında fərq qoymur. Ümumilikdə abyektiv gerçəkliyə musavat (bərabərhüquqluluq) deyil, ədalət hakimdir. Ədalətin icrasında insanların layiq olduqları yeri tutmaları şərtdir. Məsələn, sinifdə olan şagirdlərə bilik və ləyaqətlərinə uyğun şəkildə qiymət vermək ədalətli hesab olunur. Bunun əksi isə ədalətsizlikdir. Başqa sözlə desək, ədalətsizlik hər hansı bir insanı hüquqlarından məhrum etməkdir. Digər varlıqların Allah üzərində heç bir haqqı olmadığı üçün, heç bir zülmdən söhbət gedə biməz. Prinsipcə, “zülm”, acizlik, cahillik, vəzifəpərəstlik kimi hallardan qaynaqlanır. Allahin müqəddəs zatı (substansiyası) isə hər növ nöqsan və qüsurdan uzaqdır. O, alim və müdrikdir. Heç bir işi məsləhətsiz olaraq görmür. Varlıq aləminə verdiyi və ya aldığı hər şey bu və ya digər məsləhətin tələbilə olmuşdur. Bəzi şeylər bizə faydasız görünürsə, demək, bu bizim biliyimizin məhdudluğundan irəli gəlir. Bildiyimiz kimi, həkimin verdiyi resept, onun ehtiva etdiyi dərmanların hansı pereparatlardan və necə hazırlandığını, bizə hansı təsiri göstərəcəyini bilməməyimizə baxmayaraq, sağlamlığımızı təmin edir.
Bir rəvayətdə oxuyuruq: Həzrət Musa (ə) Allahdan gerçəklikdə baş verən, lakin ona sirr kimi görünən və zahirdə ədalətlə müvafiq olmayan məsələləri açıqlamasını istəyir. Ona, səhraya gedərək bir çeşmə kənarında əyləşib, baş verəcək macəraya tamaşa etmək vəhy olunur.
Həzrət Musa (ə) deyilən yerə gəldi. Bu zaman bir atlının bulaq başında atdan düşüb dincini aldığını və durub gedəndən sonra onun bir kisə qızılının düşüb qaldığını müşahidə etdi. Çox keçmədi ki, bir uşaq qızıl kisəsinə yaxınlaşaraq, onu götürüb getdi. Sonra bir kor kişi gəlib bulaq başında dəstəmaz almaq istədikdə atli geri qayıtdı və qızılını ondan xəbər aldı. Kor kişidən şübhələnən atlı onunla vuruşdu və sonda onu öldürdü.
Bu macəranı kənardan müşahidə edən Musa (ə) cox təsirləndi. Allah tərəfindən ona vəhy gəldi: “Ey Musa, (ə) narahat olma! Gördüyün atlı qızılı o uşağın atasından oğurlamışdı. Biz də qızılı onun əsl varisinə çatdırdıq. Gördüyün o kor kişi isə atlının atasını öldürmüşdü. Biz onu da öz cəzasına çatdırdıq”.
Bu Allahın dünyadakı ədalətinin kiçik bir nümünəsi idi. Lakin Allahın ədaləti qiyamət günü hamını əhatə edəcək və tam şəkildə aşkar olacaqdır.