Tövsiyə edilən ədəbiyyat

 

Əl-müraciat[1] (yə`ni, yenidən bir baxış):

Bu kitab, Peyğəmbərin əhli-beytinin (ə) imamətliyi barədə seyid Əbdül-Hüseyn Şərəfüddinlə böyük sünni alimi və Əl-Əzhər universitetinin o dövrdəki rektoru Səlim Əl-Büşranın bir-birlərinə yazdıqları məktubların toplusudur. Bu məktublaşma nəticəsində Əl-Əzhər universitetinin rektoru on iki imam şiəlik məzhəbini qəbul edib, bildirdi ki, on iki imam şiələri, dinin üsullarında və şaxələrində (yə`ni, füruiddində) Allahın Rəsulunun (s) övladları olan imamların ardıcıllarıdırlar.

Həqiqətüş-şi`ətül-isna əşəriyyə (On iki imam şiəlik məzhəbinin mahiyyəti):

Bu kitab, Fələstinli ziyalı və elmlər namizədi Əs`əd Vəhid Qasimin şiəlik barəsində apardığı tədqiqatların toplusudur. Apardığı tədqiqat nəticəsində elmlər namizədi Əs`əd, əhli-beytin (ə) imamətliyini qəbul edərək, şiəlik məzhəbini seçdi. O, bu kitabı sünnilərin ədəbiyyatlarına əsaslanaraq yazmış və burada şiə məzhəbinin haqq olduğunu sübuta yetirmişdir. Elmlər namizədi Əs`əd “Əl-mənbər”[2] jurnalına verdiyi müsahibədə belə demişdir: “Mən, şiə məzhəbinin haqq olduğunu “Səhihi-Buxarı” kitabına əsaslanaraq sübuta yetirdiyim üçün vəhhabilər, mənim kafir olduğuma dair fitva verdilər. Bu araşdırma nəticəsində mənə aydın oldu ki;

 1- Peyğəmbərin (s) vəfatından sonra İslam ümmətinin başına gələn müsibətlər düzgün yolu seçənləri “Beşinci məzhəb” adlandırıblar.

 2- Mənə və həmkarlarıma deyirdilər ki, şiəliyin İslam üçün təhlükəsi, yəhudilərin təhlükəsindən daha böyük və ciddidir. Lakin həqiqət mənə gün kimi aydın idi.

 3- “Mənzilət” hədisində “bə`di”((بَعْدِى sözü, yə`ni, məndən sonra, Əlinin (ə) Peyğəmbərdən sonra fasiləsiz xəlifəlik və canişinliyini bildirir. - Şiə məzhəbində əqidəti mövzular daha şəffaf və məntiqi, şəriət hökmləri adi həyat tərzi ilə daha uyğun, mə`nəvi və əxlaqi tövsiyələr daha da ülvidir.

“Və rəkəbtüs-səfinə” (Nicat gəmisinə mindiyim an):

Bu kitabı şiəliyi qəbul edən İordaniyalı tədqiqatçı və İordaniya şəriət inistutunun mə`zunu Mərvan Xəlifat yazmışdır. Şiəliyi qəbul etməmişdən öncə həmkarları ilə onun arasında olan mübahisə, onu əhli-beyt (ə) barəsində tədqiqat aparmağa sövq etdirdi. Nəticədə o, əhli-beyt (ə) məzhəbinin haqq olduğunu başa düşdü və bildirdi ki, yalnız bu məzhəb, həqiqi İslamın nümayəndəsidir. Müəllif, bu kitabda həmçinin Vəhhabi firqəsinə qarşı e`tirazlara və sünnilərin dini mədrəsələrinin dərs sistemindəki qüsurlara da toxunmuşdur. Onun əqidəsincə sünni dini mədrəsələri əqidələrinin doğruluğunu, habelə onların həqiqi İslamla üst-üstə düşdüyünü sübuta yetirməlidir.

“Əl-xid`ə... Rihləti minəs-sünnəti iləş-şi`ə” (...sünnilikdən şiəliyə səfərim):

Bu kitabın müəllifi Misirli jurnalist Saleh Əl-Vərdanidir. O, bu kitabda əhli-beyt (ə) məzhəbini qəbul edərkən üzləşdiyi çətinliklərdən söhbət açmış və sübuta yetirmişdir ki, əhli-beyt (ə) məzhəbi Allah taalanın insanlara göndərdiyi həqiqi İslamdır. Saleh Əl-Vərdan, bu mövzu barədə başqa bir neçə kitab da tə`lif etmiş və burada tarix, əqaid və islamda olan məzhəblər barəsində söhbət açmışdır. “Əl-mənbər”[3] jurnalının onunla apardığı müsahibədəki bə`zi mühüm mətləblər bunlardan ibarətdir:

 1-Əhli-sünnət cəmiyyətinin “səhabə” əsarətindən qurtuluşu üçün böyük bir oyanışa ehtiyacı vardır.

 2- sünni tərzi-təfəkkürü, İslam ümmətinin idarəçiliyində, ədalətin icra­sında və sülhü bərqərar etməkdə acizdir!

 3- Mən, şiə ideologiyasını araşdırmaqla deyil, əksinə əhli-sünnətin tərzi-təfəkkürlərini araşdırmaqla əhli-beyt (ə) məzhəbinin haqq olduğunu əldə etdim.

 4- Şiə məzhəbini qəbul edən cavanlar ailələri tərəfindən qovulduqları səbəbindən acından ölməmək üçün bir tikə çörəyə möhtacdırlar.

 5- Şiə məzhəbi hər bir fərdin irəli sürdüyü fikir və rə`ylərə hörmətlə yanaşır, ictihad qapısının açıq olduğunu bildirir və zalım hökumətlərlə sazişə girmir. Lakin əhli-sünnət bütün bunlarda şiələrin tam əksinə rəftar edirlər.

 6- Mənim nəzərimcə şiəlik, mükəmməl düşüncəyə, fikir azadlığına və yüksək davranış qaydalarına malik olduğu üçün sünnülükdən üstündür.

“Li maza əxtərtü məzhəbə əhlul-bəyt?” (Nə üçün əhli-beyt (ə) məzhəbini seçdim?):

Bu kitabın müəllifi Dəməşq şəhərinin baş qazısı şeyx Məhəmməd Mər`i Əntakidir. O, Şafei məzhəbinin ardıcılı və Suriya sünnilərinin böyük və adlı-sanlı bir alimi olduğu bir halda Əhli-beyt məzhəbini qəbul etdi. Şeyx Məhəmməd Mər`i Əntaki, İslamda olan məzhəblər barəsində mütaliə edib, tədqiqat apardıqdan sonra şiəliyi qəbul etdi və bildirdi ki, əhli-beyt (ə), əsl islamşünaslar və islam dini hökümlərinin həqiqi təfsirçiləridirlər.

“Əl-həqiqətüz-zai`ə” (İtgin həqiqət):

Böyük din alimi şeyx Mö`təsim seyb Əhməd, bu kitabın müəllifidir. O, geniş mütaliələrdən və araşdırmalardan sonra bildirmişdir ki, yalnız əhli-beyt (ə) məzhəbi və onun ideologiyası haqdır. O, belə e`tiraf edir ki, mən, şiəliyi qəbul etməmişdən öncə əyri bir yolda hərəkət etmişəm və bu məzhəbi seçib, onu qəbul etdikdən sonra sanki əmin-amanlı bir sahilə çıxdım.

“Şəbhaye-Pişavər” (Pişavər gecələri):

Pişavər, Pakistanın dövlətinin şəhər­lərindən biridir və bu şəhərdə “Vaizlərin sultanı” ləqəbi ilə tanınan böyük şiə alimi seyid Məhəmməd Musəvi Şirazi, dörd sünni alimi ilə elmi diskussiya aparıbdır. Pakistan mətbuatı bu alimlər arasında olan elmi danışıqları çap edibdir. Mətbuatın bu yayımı nəticəsində o məntəqənin əhalisinin əksəriyyəti şiəliyi qəbul etdilər. Vaizlərin sultanı, bu danışıqları bir yerə toplayıb, “Pişavər gecələri” adlı bir kitab şəklinə salıb. Müəllifin “Firqeyi-naciyə” adlı kitabı da onun bir dəstə sünni tələbələri ilə apardığı elmi mübahisələrin toplusudur. Belə ki, bu danışıqlar nəticəsində oradakı sünni tələbələrinin əksəriyəti şiəliyi qəbul etdilər.

“Əl-müvacihətü mə`ə Rəsulillahi və alihi” (Peyğəmbər və onun əhli-beyti ilə üzləşmə):

Bu kitabın müəllifi İordanlı vəkil Əhməd Hüseyn Yə`qubdur. O, bu kitabda əhli-beyt (ə) ideologiyası ilə xilafət və hökuməti ələ keçirməyə çalışan Əməvilərin tutduğu mövqe arasında olan fərqlərdən söhbət açmışdır. Bu mövzu ətrafında apardığı tədqiqatlardan sonra o, şiəliyi qəbul etmişdir. O, şiəlik və sünnilik barəsində bir sıra maraqlı kitablar da tə`lif etmişdir. Əhməd Hüseyn Yə`qub, “Əl-mənbər”[4] jurnalına verdiyi müsahibədə necə şiə olduğunu belə açıqlayır: 1- Hansı mütəfəkkir və ağıllı insan Ali-Məhəmmədi (ə) kənara qoyub, başqalarının ardınca düşər?! 2- Mən, Allahımla əhd-peyman bağlamışam ki, son nəfəsimə qədər əhli-beytin haqqını müdafiə edəcəyəm. 3- Hansı müsəlman inanar ki, Peyğəmbər (s), bütlərə qurban kəsib, onun ətindən yeyibdir?! Amma Buxarı, bu rəvayəti öz kitabında (yə`ni, Səhihi-Buxaridə) qeyd edibdir. 4- Mən, bu qənaətə gəlmişəm ki, şiələr kor-koranə təəssübkeşlik üzündən deyil, əksinə Allahın əmrinə itaət edərək, habelə şəriət hökmlərinə əsaslanaraq əhli-beyti (ə) müdafiə edir və onların yolunu davam etdirirlər.

“Ləqəd şəyyə`ənil Hüseyn (ə)” (İmam Hüseyn məni şiə etdi):

Bu kitabın müəllifi Məğribli jurnalist İdris Əl-Hüseynidir. O, bu kitabda əhli-beyt (ə) məzhəbindən söhbət açmış, bu məzhəbin haqq olduğunu sübuta çatdırmış, habelə şiəliyi qəbul etdiyini e`lan etmiş və Peyğəmbər xanədanının düşmənlərinin yaramaz əməllərini çəkinmədən və şücaətlə ifşa etmişdir. O, “Əl-mənbər”[5] jurnalına verdiyi müsahibədə demişdir: 1- Əgər mənə söz azadlığı versələr bütün dünyanı şiə edərəm. 2- Əhli-beyt (ə) hələ o dövrdə bu gün bizim şahidi olduğumuz “informasiya partlayışı”nı müjdə veriblər. 3- Şiəlik, ruhun me`racıdır və bu məzhəb insanı uzaqgörənliyə sövq etdirir. 4- Bəli, imam Hüseyn (ə) məni şiə etdi, amma mən yenə də sünni olaraq qalıram. Bir fərqlə ki, bu dəfə mən, Allahın Rəsulundan (s) rəvayət olunan düzgün və təhrif olunmamış sünnələrə riayət edirəm.

“Əs-sələfiyyətü bəynə əhlis-sünnəti vəl-imamiyyə” (Sələfilər, yə`ni, Vəhhabilər, əhli-sünnət və şiə baxımından):

Şiəliyi qəbul edən Məğribli tədqiqatçı Məhəmməd Əl-Kəsiri tə`lf etdiyi bu kitabda sələfilərin, yəni vəhhabilərin meydana çıxması və onların İslama və müsəlmanlar vurduqları zərərləri bəyan etmişdir. O, bildirmişdir ki, şiələr bu firqəni rədd etməmişdən öncə əhli-sünnət onları rədd etmişdir.

“Fələstinlilərin rəhbərlərindən biri olan Məhəmməd Şühadətlə müsahibə”:

“Fələstin cihadı” partiyasının rəhbəri Məhəmməd Şühadət, əhli-beyt (ə) məzhəbini İslami məzhəblər arasında ən üstün bir məzhəb bilib, şiəliyi qəbul etdikdən sonra bə`zilərinin düşmənçiliklərilə qarşılaş­dığına baxmayaraq, kütləvi informasiya mərkəzlərinə verdiyi müsahibələrdə, o cümlədən Londonda nəşr edilən Səudiyyə Ərəbistanın “Əl-məcəllə” jurnalında şiə olduğunu açıqcasına e`lan etmişdir. “Əl-mənbər”[6] jurnalı da onunla müsahibə aparmışdır və Məhəmməd Şühadət bu müsahibədə demişdir: “1- Mən, Əlinin (ə) məzlumiyyətliyini görüb, şiə olmuşam. 2- Mən çox təəssüflənirəm ki, şiə məzhəbi barəsində heç bir mə`lumatım olmadığı üçün indiyədək sünni olmuşam. Ümidvaram ki, mən, “Bu vaxt hidayət oldum”[7] deyən sonuncu şəxs olmayım. 3- Mən, imamiyyə şiə məzhəbinin Fələstində yayılması üçün əlimdən gələni əsirgəməyəcəm və bu yolda müvəffəq olmağı Allahdan dilə­yirəm. 4- Mövlam Sahibəzzamana (ə.f) ürək ağrısı ilə ərz edirəm: “Ey Mehdi, artıq bizim fəryadımıza yetməyinin vaxtı çatıbdır!”

“Difa`un min vəhyil-şəri`ətil dairətis sünnəti vəş-şi`ə” (Sünnü və şiə baxımından şəriətin müdafiəsi):

Bu kitab, Suriyalı sünni alim şeyx Hüseyn Ər-Ricanın əsəridir. O, bu əsərdə şiə məzhəbinin qəbul etdiyinin səbəblərini yazıb. Şeyx Hüseyn Ər-Rica, Hətlə şəhərində sünnü məzhəbli qövmünün rəhbəri və ağsaqqalı idi. O, şiəliyi qəbul etdikdən sonra onun yaşadığı məntəqənin əhalisinin əksəriyyəti, o cümlədən Hətlə şəhərinin əhalisi onun kimi şiəliyi qəbul edib, “Nicat gəmisinə” minənlərə qoşuldular. “Əl-mənbər”[8] jurnalının onunla apardığı müsahibədə o, necə şiə olduğunu belə açıqlamışdır: “1- Dörd il mütaliə edib, tədqiqat apardıqdan sonra Peyğəmbərin (s) ailəsinin haqq olduğunu başa düşdüm. 2- Bizim kəndimizin sakinlərindən biri şiə olmuşdu. Mən, (öz-özlüyümdə) onu düz yola hidayət etmək, yə`ni, onu əvvəlki məzhəbinə qaytarmaq üçün onun görüşünə getdim. Lakin o, məni düz yola hidayət etdi. 3- Şiə məzhəbinin haqq olduğun bildikdən sonra qərara gəldim ki, canımın bahasına da olsa şiə olacağam. 4- Şiə olduqdan sonra əhli-sünnətin böyük alim­lərindən biri ilə elmi diskussiya apardım. O, mənə qaneedici cavablar verə bilmədiyi üçün əsəbdən əmmaməsini başından çıxartdı və onu cırıb, kənara atdı. 5- Başa düşdüm ki, şiə məzhəbi və şiələr tarix boyu məzlum olublar.

“Misirin böyük ruhanisi şeyx Həsən Şəhatinin müsahibəsi”:

Əl-Əzhər universitetinin böyük alimi şeyx Həsən Şəhatinin şiəliyi qəbul etməsi Misirin sünni alimləri arasında, xüsusilə də Qahirə alimləri arasında səs-küyə səbəb oldu. Mətbuatda şeyx Həsən Şəhati barəsində geniş söhbətlər açıldı və xalqı onun əleyhinə qaldırdılar. Nəhayət dövlət, onu “Səhabələrə qarşı hörmətsizlik”də ittihamlandırıb, zindana saldı. çünki şeyx Həsən Şəhatə, cümə namazının xütbəsində mütaliələrində üzə çıxan həqiqətləri camaata danışmışdı. “Əl-mənbər”[9] jurnalının onunla apardığı müsahibədə demişdir: “1- Mən, Əmirəl-mö`minin Əlinin (ə) şiəsi olduğumu və ona məhəbbət bəslədiyimi bildirməklə, sahib olduğum mənsəb və ictimai e`tibarımı əldən verdim. Lakin mən, bunlar üçün əsla təəssüflənmirəm, çünki bu, mənim o həzrətə təqdim edə biləcəyim yeganə bir şey idi. 2- Misirdə Aşura gününü bayram günü bilir və bu gündə şadlanırlar. Mən, bu gündə bütün vücudumla fəryad çəkdim ki, axı Allah Rəsulunun (s) övladının qətlə yetirildiyi bu gündə siz necə şadlıq keçirirsiniz?! 3-Təvatür rəvayətlərə əsasən sübuta yetirilib ki, Müaviyə, dindən boyun qaçıranların başçısı olub. Sizin nəzərinizcə nahaq yerə Müaviyəni “Bizim ağamız və sərvərimiz (Allah ondan razı olsun)” deyə yad edənləri ağıllı bir insan adlandırmaq olarmı?

 


[1] Bu kitab azərbaycan dilinə tərcümə edilib (mütərcimdən)

[2] “Əl-mənbər” jurnalı, 8-ci sayı, 1421-ci hicri-qəməri ili, Şəvval ayı

[3] Əl-mənbər jurnalı, 22-ci sayı, 1422-ci hicri-qəməri ili, Zil-hiccə ayı

[4] Jurnalın 10-cu sayı, 1421-ci hicri-qəməri ili, Zil-hiccə ayı

[5] Jurnalın 3-cü sayı, 1421-c hicri-qəməri ilinin Cəmadül-əvvəl ayı

[6] Jurnalın 7-ci sayı, 1421-ci hicri-qəməri ilinin Ramazan ayı

[7] O, seyid Məhəmməd Səmavi Ticaninin “Necə hidayət oldum” adlı kitabına işarə edir. Məhəmməd Ticani, bu kitabda necə şiə olduğunu açıqlamışdır.

[8] Sınaq nömrəsi, 1420-ci hicri-qəməri ilinin Ramazan ayı

[9] Jurnalın 11-ci sayı, 1422-ci hicri-qəməri ilinin Məhərrəm ayı