Övliyaların məqbərələrini zinətləndirmək

 

Sabir: Əssəlamu əleyküm.

Baqir: Ələykəs səlam və rəhmətüllah.

Sabir: Bizim şəhərə çox xoş gəlmisən!

Baqir: Burada bir əmim oğlu yaşayır, onu görməyə gəlmişəm.

Sabir: Buyurun, qonağımız olun, bizi sevindirin.

Baqir: İnanın, işim həddən artıq çoxdur, buna görə də burada çox az qalacağam. Ancaq sileyi-rəhim etmək və qohumlarımı görmək niyyətilə gəlmişəm. Də`vətinizi qəbul etmədiyim üçün məni bağışlayın.

Sabir: On ildir ki, bir-birimizi görmürük. Boynunda bir din qardaşı kimi haqqım var. Gərək mənim də`vətimi qəbul edəsən və bir yerdə əyləşib, heç olmazsa bir saat söhbət edək. Birdə ki, mö`min qardaşlardan biri ilə aramızda sünni və şiə barəsində bəhsimiz düşmüşdü. Sənə e`tibar etdiyim üçün bu barədə səninlə bir qədər söhbət etmək istəyirəm. Xahiş edirəm də`vətimi qəbul edin.

Baqir: Yaxşı, gələrəm.

Onlar birlikdə Sabirgilə getdilər. Bir qədər ümumi söhbətlərdən sonra Baqir Sabirdən soruşdu:

Sən, şiə din qardaşınla hansı mövzu barədə bəhs etmisən?

Sabir: Peyğəmbərlərin, imamların, din alimlərinin, mö`minlərin, saleh bəndələrin və s. Kimi Allaha yaxın olan insanların məqbərə­lərini qızıl-gümüş və digər bəzək vasitələri ilə zinətləndirmək barədə.

Baqir: Nəzərincə, bu işin bir eybi var?

Sabir: Bu iş haram deyilmi?!

Baqir: Hansı səbəbə görə haram olmalıdır?

Sabir: Axı bu zinətin ölüyə bir xeyri var?

Baqir: Xeyr!

Sabir: Ona görə də bu iş israf və təbzir sayılır və Allah taala bu barədə buyurub::

﴿...وَ لاَ تُبَذِّرْ تَبْذِيرًا. ﺇنَّ الْمُبَذِِّرِينَ كَانُوا ﺇخْوَانَ الشَّيَاطِينِ...﴾

Yə`ni, «israf və bədxərclik etmə; çünki israfkarlar şeytanın qardaşıdırlar[1]

Baqir: Kə`bə evinin qızıl-gümüşlə zinətləndirilməsi barədə fikrin nədir?

Sabir: Bu barədə fikirləşməmişəm.

Baqir: İslam dini zühur etməmişdən qabaq cahiliyyət dövründən indiyədək dünyanın müxtəlif yerlərindən Kə`bə evinə qızıldan və gümüşdən olan bəzək əşyaları hədiyyə edilib və edilməkdədir. İbn Xəldunn[2] “Müqəddəmə”[3] adlı kitabında yazır: “Cahiliyyət dövründən indiyədək müxtəlif dinlərdən olan ümmətlər Kə`bəyə xüsusi ehtiram bəsləyibdirlər. Bir çox hökmdarlar, o cümlədən İran şahı Kəsra, bu evə çoxlu mal-dövlət hədiyyə edibdir. Hətta günlərin birində Əbdül Müttəlib, Zəmzəm quyusunu qazdığı vaxt qızıldan iki maral və bir neçə qılınc tapmışdır. Həmçinin Allahın Rəsulu (s) Məkkəni fəth etdiyi vaxt hərəmin daxilində olan quyunun içərisindən şahların Kə`bəyə hədiyyə etdikləri iki milyon dinar qızıl pul tapmışdır. Bu qızılın çəkisi iki yüz qintara (bir qintar, yüz ritldir) çatırdı. Bunu görən Əli ibn Əbi Talib (ə) Peyğəmbərə (s) ərz etdi: “Ey Rəsulüllah (s), bu mal-dövləti müşriklərlə mübarizəyə istifadə etsəniz, daha yaxşıdır.” Lakin peyğəmbər (s) belə etmədi. Əbu Bəkr də onlara toxunmadı.

İbn Xəldun yenə də bu kitabda yazır: “Əbu Vail, Şeybə ibn Osmandan nəql edir ki, günlərin birində Ömərlə birlikdə idik. Ömər dedi: “Bu qərara gəlmişəm ki, Kə`bədəki bütün qızıl və gümüşləri müsəlmanlar arasında bölüşdürüm.” Mən ona e`tirazyana dedim: “Nə etmək istəyirsən?!”((

O dedi: Axı nə üçün haqqım yoxdur?

Mən dedim: Səndən qabaq müsəlmanların hakimi olan Peyğəmbər (s) və Əbu Bəkr bu işi görməyibdirlər.

Ömər dedi: düzdür, mən də gərək onlar kimi rəftar edim[4]

Sabir, indi mən səndən soruşuram: Kə`bə evi o qədər qızıl-gümüşü nəyə istifadə edirdi? Və ya Allah taala –O, hər şeydən pak və münəzzəhdir- bu mal-dövlətdən istifadə edirdi?

Sabir: Əlbəttə ki, xeyr.

Baqir: Hətta Peyğəmbər (s) də bu qədər mal-dövlətə dəyməyib, onun üstündən heç nə götürmədi. Halbuki o dövrdə İslam dinini bütün yer üzünə yaymaq üçün Peyğəmbərin bu pullara ehtiyacı var idi.

Qarşıya belə bir sual çıxa bilər ki, nə üçün Peyğəmbər öz ilahi hədəflərini həyata keçirtmək üçün o sərvətdən bir dirhəm və ya dinar belə istifadə etməyibdir? Bu sualın cavabı məncə aydındırr; çünki Kə`bənin bu qədər sərvətə sahib olmağı onun əzəmətini camaatın nəzərində artırırdı. Əlbəttə, unutmamalıyıq

Eynilə də Allah övliyalarının, o cümlədən Əmiril-mö`minin Əlinin (ə), imam Həsənin (ə), imam Hüseynin (ə), imam Rizanın (ə) və başqa imamların məqbərələrinin qızıldan günbəzləri, qızıl və gümüşdən qapıları və hərəmin başqa zinətləri də bu mə`nanı daşıyır. Söz yox ki, bu mə`sum insanların məqamı bu bahalı bəzəklərlə artmayır və ya bunlarsı;z onların məqamı azalmır. Məsələn, hal-hazırda imam Həsənin (ə) qəbri üstündə olan məqbərəni, günbəzi və hərəmin həyətlərini viran edibdirlər və o həzrətin qəbrinin üstü heç bir şeylə örtülməyibdir, lakin bu həzrətin məqamı, xalis qızıldan düzəldilmiş günbəz altında yerləşən imam Hüseynin (ə) əzəmətli məqbərəsində

Xülasə, bu böyük şəxsiyyətlərin ziyarətgahlarına qiymətli cəvahirlər hədiyyə etmək, məqbərələrin günbəzini və daxilini qızıl ilə zinətləndirmək, onlara ehtiram göstərməkdir.

Sabir: Demək istəyirsiniz ki, bu əşyalar, Allah övliyalarının məqamını camaatın nəzərində ucaldır?

Baqir: Bəli, düzdür. Mövzunu daha yaxşı dərk etmək üçün sizə bə`zi nümunələr gətirirəm. Məsələn, yəhudilərin qəbbiristanlığında onların din alimlərinin qəbirləri viranəliyə çevrilibdir və zəvvarların daldalanması üçün heç bir otaq və tavan yoxdur. Amma məsihilərin qəbristanlığı tam əksinədir. Onların alimlərinin qəbirləri qızıl, gümüş və qiymətli cəvahirlərlə bəzədilibdir.

Sabir: Təbiidir ki, bu iki qəbiristanlığı müşahidə etdikdə məsihi alimləri nəzərlərdə daha əzəmətli görünəcəkdir.

Baqir: Odur ki, sünnilər və şiələr, peyğəmbərlərin və imamların məqamını nəzərlərdə ucaltmaq və onları əzəmətli göstərmək üçün onların qəbirləri üstündə zərih, günbəz və məqbərə tikir və onları qızıl-gümüşlə zinətləndirirlər.

Sabir: Dediklərinizi qəbul edirəm, amma bu tərzi-təfəkkür, israfa yol verilməsinə icazə verirmi?

Baqir: Bunlar əsla israf sayılmır, əksinə İslamı əzəmətlə yad etmək deməkdir, çünki bildiyiniz kimi, bu əməllə biz, Allah övliyalarının məqamını nəzərlərdə ucaldır və onlara qarşı öz ehtiramımızı bildiririk. Belə ki, İslamın əzəmətlə yad olunmasına səbəb olan hər bir əməl “İlahi nişanə” sayılır və Allah taala bu barədə buyurur::

﴿ ذٰٰلِكَ وَ مَنْ يُعَظِّمْ شَعَائِرَ اللهِ فَأِنَّها مِنْ تَقْوَي الْقُلُوبِ﴾

Yə`ni, «ilahi nişanələri uca tutanların qəlbində təqva duyğusu vardır[5]

Bu ayəyə əsasən, Allah övliyalarının məzarlarını abadlaşdırıb, zinətləndirmək “İlahi nişanə” hökmündədir və bunu yerinə yetirənlər ilahi savaba qərq olacaqlar.

Sabir: Vaxtınızı aldığım üçün sizdən üzr istəyirəm.

Baqir: Demək istəyirsiniz ki, zehninizdə müqəddəs ziyarətgahları zinətləndirmək barədə olan bütün suallara cavab tapdınız?

Sabir: Bəli, düzdür. Hətta bu əməlin, müstəhəb bir əməl olduğunu və bu barədə Qur`an ayəsinin də mövcud olduğunu bildim.

Baqir: Bu barədə əgər başqa suallarınız varsa, onlara cavab verməyə hazıram. Şübhəsiz ki, bu söhbətlər bizim hər ikimiz üçün faydalıdır, çünki həqiqəti tapmaq üçün mövcud olan düzgün yollardan biri fikir mübadiləsidir.

Sabir: Çox sağ olun. Allah sizi müvəffəq etsin!


[1] İsra surəsi, 26-27-ci ayələr

[2] İbn Xəldun adı ilə tanınmış Əbdürrəhman ibn Xəldun Həzrəmi, 732-ci hicri-qəməri ilində dünyaya gəlibdir. O, Əndəlosun (indiki İspanyanın) “Əşbiliyyə” (indiki Sivilya) şəhərindəndir. İbn Xətib, tə`lif etdiyi “Əl-əhatətü fi əxbari ğərnatə” adlı kitabında İbni Xəldun barəsində yazır: “ O, qərblidir və “Bürdə”yə yazdığı şərh, onun bir dərin dərrakəli bir adam olduğunu göstərir. İbn Xəldun, İbn Rüşdün bir çox kitablarını xülasələşdirmiş və Sultan əbu Salimin “Əqliyyat” kitabına faydalı bir tə`liqiyyə yazmışdır. O, 808-ci hicri-qəməri ilində Misirdə dünyadan köçüb. Onun ən çox tanınmış kitabı “İbn Xəldunun tarixi” adlı kitabdır. (Müraciət edin: “İbn Xəldunun tarixi” kitabının 1-ci cildi, 353-cü səh; “Daru ihyail-türasil-ərəbiyy” nəşriyyatı, Livan, Beyrut şəhəri)

[3] Bu kitab, onun tarix kitabının birinci cildidir. Bu kitab altı fəsildən ibarətdir və birinci fəsildə mühitin ictimai rəftarlar üzərində qoyduğu tə`sirlərdən, badiyənişin ərəblərin həyat tərzindən, müharibə və qələbələrindən, onların ticarətlərindən, sənətkarlıqlarından, elmlərindən və s. barədə söhbət açılıbdır.

[4] İbn Xəldunun tarixi, 1-ci cild, 353-cü səh; birinci kitab, altıncı fəsil, “Əl-məsacid vəl büyutul əzimətu fil-aləm” adlı dördüncü bölüm

[5] Həcc surəsi, 32-ci ayə